Vəkillər Kollegiyasının üzvü koronavirusdan dünyasını dəyişib

Sağlamlıq
  • 23 avqust, 2021
  • 18:57
Vəkillər Kollegiyasının üzvü koronavirusdan dünyasını dəyişib

Bu gün Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Fərman Əfəndiyev COVID-19 xəstəliyindən dünyasını dəyişib.

Bu barədə "Report" 25 saylı Vəkil Bürosunun rəsmi feysbuk səhifəsinə istinadən xəbər verir.

Xəbərdə deyilir: "25 saylı Vəkil Bürosunun kollektivi mərhum vəkilin yaxınlarına dərin hüznlə başsağlığı verir və onlara Allahdan səbr diləyir. Allah rəhmət eləsin!"