Vaxtından əvvəl doğulan körpələrdə yaranan fəsadlar açıqlanıb

Sağlamlıq
  • 17 noyabr, 2021
  • 07:05
Vaxtından əvvəl doğulan körpələrdə yaranan fəsadlar açıqlanıb

"Hər il bütün dünyada təxminən 15 milyon körpə vaxtından əvvəl doğulur. Ümumilikdə vaxtından əvvəl doğulma bütün doğulan uşaqların orta hesabla 11 %-ni təşkil edir".

“Report” xəbər verir ki, bu fikirləri Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun direktoru Cəmilə Qurbanova deyib.

Onun sözlərinə görə, neonatal ölümün 35 %-i vaxtından əvvəl doğulanların payına düşür: “5 yaşdan kiçik uşaqlarda uşaq ölümünün 18 %-i vaxtından əvvəl doğulanların payına düşür”.

İnstitut direktoru bildirib ki, vaxtından əvvəl doğulmanın fəsadları arasında respirator patalogiyalar, qidalanma problemləri, serebral iflic, inkişaf pozulmaları, eşitmə və görmə problemləri yer alır.