ÜST: Yeni koronavirus başqa ölkələrdə də yayıla bilər

ÜST: Yeni koronavirus başqa ölkələrdə də yayıla bilər Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2019-nCoV koronavirusunun törətdiyi yeni tipli pnevmoniyanın yaxın vaxtlarda Çində, həmçinin başqa ölkələrdə də yayıla biləcəyi qənaətindədir.
Sağlamlıq
21 Yanvar , 2020 15:27
ÜST: Yeni koronavirus başqa ölkələrdə də yayıla bilər

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) "2019-nCoV" koronavirusunun törətdiyi yeni tipli pnevmoniyanın yaxın vaxtlarda Çində, həmçinin başqa ölkələrdə də yayıla biləcəyi qənaətindədir.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ÜST-nin sözçüsü Tariq Yazinoviç Cenevrədə keçirdiyi brifinqdə bildirib.

“Dünyada "2019-nCoV" ilə bağlı cəmi 278 təsdiqlənmiş hal qeydə alınıb”, - deyən təşkilat sözçüsü rəqəmlərin tez-tez dəyişməsini də qeyd edib.

Onun sözlərinə görə, bunlar arasında iki yoluxma halı Tailandda, biri Yaponiyada, biri də Koreya Respublikasında baş verib: “Çinin başqa bölgələrində, həmçinin, ola bilsin ki, xarici ölkələrdə də yeni yoluxmalar olacaq”.

Xatırladaq ki, Çin Milli Səhiyyə Komissiyası ölkədə yoluxanların 291 nəfər olduğunu açıqlayıb. Altı nəfər dünyasını dəyişib.

Son xəbərlər

Orphus sistemi