ÜST: “Virus endemik olmaq yolundadır”

ÜST: “Virus endemik olmaq yolundadır” “Sars-Cov-2 virusu tədricən endemik olur, bu hələ baş verməyib, lakin Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) vəziyyətin inkişafı üçün müxtəlif variantları nəzərdən keçirir”.
Sağlamlıq
13 Yanvar , 2022 06:10
ÜST: “Virus endemik olmaq yolundadır”

“Sars-Cov-2 virusu tədricən endemik olur, bu hələ baş verməyib, lakin Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) vəziyyətin inkişafı üçün müxtəlif variantları nəzərdən keçirir”.

“Report” xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fövqəladə Xəstəliklər Bölməsinin texniki qrupunun rəhbəri Mariya van Kerkhove deyib.

Endemik xəstəlik bir bölgədə geniş yayılmış və insan cəmiyyətində daim mövcud olan bir xəstəlikdir. Müəyyən bir ərazidə törədiciləri daim mövcud olan infeksiyalar da endemik ola bilər.

“Virus endemik olmaq yolundadır. Bu, hətta mübahisə mövzusu deyil. Amma indi biz bu pandemiyanın tam ortasındayıq və yayılma səviyyəsi, onun intensivliyi, eləcə də yeni infeksiyaların əsas tibbi xidmətlərə təsir səviyyəsi, xəstəxanaya yerləşdirilmə səviyyəsi çox əhəmiyyətlidir. Beləliklə, virus endemik olmaq yolundadır, lakin biz hələ buna gəlməmişik”, - ÜST rəsmisi vurğulayıb.

Son xəbərlər

Orphus sistemi