ÜST Ukrayna müharibəsi ilə bağlı Rusiyanın peyvəndinin yoxlanışını dayandırıb  

ÜST Ukrayna müharibəsi ilə bağlı Rusiyanın peyvəndinin yoxlanışını dayandırıb   “Sputnik V” koronavirus peyvəndinin Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nümayəndələri tərəfindən yoxlanılmasına fasilə verilib. Yubanma rus ordusunun Ukraynaya müdaxiləsi ilə bağlıdır.
Sağlamlıq
8 Aprel , 2022 04:29
ÜST Ukrayna müharibəsi ilə bağlı Rusiyanın peyvəndinin yoxlanışını dayandırıb  

“Sputnik V” koronavirus peyvəndinin Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nümayəndələri tərəfindən yoxlanılmasına fasilə verilib. Yubanma rus ordusunun Ukraynaya müdaxiləsi ilə bağlıdır.

Bu barədə “Report” Ümumdünya Səhiyyə Təşkilatının tviterdəki açıqlamasına istinadən xəbər verir.

"Müharibənin başlamasına bir neçə gün qalmış təftiş qrupunun Rusiyaya gedəcəyi güman edilirdi. Amma indi hər şey dayandırılıb", - ÜST-ün baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.

Xatırladaq ki, ÜST martın əvvəlində “Sputnik V” peyvəndinin yoxlanılmasının mövcud vəziyyət, o cümlədən Rusiyaya uçuşların mümkünsüzlüyü səbəbindən təxirə salındığını bildirmişdi. 2021-ci ildə ÜST “Sputnik V”-nin ilkin kvalifikasiya proseduru çərçivəsində Rusiyanın dörd istehsal sahəsinə təftiş keçirib və onlardan birinin fəaliyyəti ilə bağlı qeydlərini dərc etdi. 2022-ci ilin əvvəlində keçirilən təkrar sınaq, dünyanın bir çox ölkəsində Rusiya peyvəndinin tanınması prosedurunu tamamlamalı idi.

Son xəbərlər

Orphus sistemi