Nazir müavini: "ÜST təcili tibbi yardımın təkmilləşdirilməsi üçün Azərbaycana layihə təqdim edib"

Nazir müavini: "ÜST təcili tibbi yardımın təkmilləşdirilməsi üçün Azərbaycana layihə təqdim edib" "Ümumdünya Sağlamlıq Təşkilatı (ÜST) təcili tibbi yardımın təkmilləşdirilməsi ilə bağlı hər zaman Azərbaycana dəstək verir".
Sağlamlıq
16 Dekabr , 2022 10:01
Nazir müavini: ÜST təcili tibbi yardımın təkmilləşdirilməsi üçün Azərbaycana layihə təqdim edib
Nadir Zeynalov

"Ümumdünya Sağlamlıq Təşkilatı (ÜST) təcili tibbi yardımın təkmilləşdirilməsi ilə bağlı hər zaman Azərbaycana dəstək verib".

"Report"un xəbərinə görə, bunu səhiyyə nazirinin müavini Nadir Zeynalov “Azərbaycanda təcili yardım sisteminin təkmilləşdirilməsi” üzrə simpoziumun açılış mərasimində deyib.

O söyləyib ki, səhiyyə sistemi insanları narahat edən təcili sağlamlıq məsələlərinə nə qədər çevik reaksiya verərsə, vətəndaşlar bir o qədər məmnun qalarlar.

Nazir müavini bildirib ki, son illər Azərbaycanda səhiyyə sistemində bir sıra islahatlar aparılıb.

N.Zeynalovun vurğulayıb ki, bu ilk növbədə səhiyyənin maliyyələşməsinə aiddir.

"Bununla yanaşı, vacib məqamlardan bir də təcili tibbi yardımla bağlı olan sistemin təkmilləşdirilməsidir. Çox sevindirici haldır ki, ÜST buna kömək edəcək bir layihə təqdim edib. Bununla bağlı 3 əsas istiqamətdə iş aparılır. Birincisi, xəstəxanaya qədərki mərhələdə təcili yardımın təkmilləşdirilməsi, ikincisi xəstəxana daxilində təcili tibbin müasir standartlara çatdırılması, üçüncüsü isə Tibb Universitetində təcii tibbi yardım fənninin tədrisi məsələsidir. Bu ilin fevralından görülmüş tədbirlər çərçivəsində təlimçi və təlimə cəlb olunan komandalar müəyyən edilib. Bu müddət ərzində komanda üzvləri Türkiyədə bir aylıq kursda olub, müəyyən yenilikləri ölkəmizə gətiriblər", - nazir müavini deyib.

Son xəbərlər

Orphus sistemi