ÜST rəsmisi Şamaxıdakı Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı təəssüratını bölüşüb

ÜST rəsmisi Şamaxıdakı Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı təəssüratını bölüşüb Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regional direktoru Hans Kluge Şamaxıda Avropa İmmunlaşdırma Həftəsində iştirak edib.
Sağlamlıq
350
28 Aprel , 2022 12:41
ÜST rəsmisi Şamaxıdakı Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı təəssüratını bölüşüb

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regional direktoru Hans Kluge Şamaxıda Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı təəsüratını bölüşüb.

“Report” xəbər verir ki, o, bu barədə tviter səhifəsində paylaşım edib.

“Azərbaycanın Şamaxı şəhərində Avropa İmmunlaşdırma Həftəsi zamanı tibb bacısı və həkim tələbələrinin ilk dəfə səhiyyə xidməti göstərdiklərinə dair hesabat verdiklərini dinləmək adamı ruhlandırırdı. Yüksək qan təzyiqi olanları ayırd etmələri, uşaqlara çatışmayan peyvən vermələri, xəstələrlə söhbətləri tədrisdə əvəzsiz təcrübədir!”, - paylaşımda deyilir.

Son xəbərlər

Orphus sistemi