ÜST rəsmisi koronavirusun yayadək azalacağı fikirlərinə münasibət bildirdi

ÜST rəsmisi koronavirusun yayadək azalacağı fikirlərinə münasibət bildirdi Yay aylarında virusun yayılması hallarının səngiməsi ilə bağlı demək istəyirəm ki, hazırda Çində yoluxma faizi azalır. Lakin orada yeni faktların aşkarlanmaması üçün qabaqlayıcı tədbirlər bu gün də davam etdirilir.
Sağlamlıq
13 Mart , 2020 17:32
ÜST rəsmisi koronavirusun yayadək azalacağı fikirlərinə münasibət bildirdi
Report/Firudin Səlimov
0 : 00
0 : 00

"Yay aylarında virusun yayılması hallarının səngiməsi ilə bağlı demək istəyirəm ki, hazırda Çində yoluxma faizi azalır. Lakin orada yeni faktların aşkarlanmaması üçün qabaqlayıcı tədbirlər bu gün də davam etdirilir".

"Report" xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının nümayəndəsi, missiyanın rəhbəri Karolin Braun deyib.

Onun sözlərinə görə, Azərbaycanda yaya qədər virusun yayılması göstəricisinin azalmasını indidən demək çətindir: "Əsas odur ki, virusdan qorunmaq üçün lazımi qabaqlayıcı addımlar vaxtında atılsın".

Xarici mütəxəssis bildirib ki, virusu xüsusi laboratoriyalarda nəzərdə tutulan testlərlə yoxlamaq mütləqdir: "Ekspres testlərin hazırlanması istiqamətində işlər gedir".

Son xəbərlər

Orphus sistemi