ÜST rəsmisi: "Hazırda koronavirus vaksininin mövsümi olması gözlənilmir"

ÜST rəsmisi: "Hazırda koronavirus vaksininin mövsümi olması gözlənilmir" "COVID-19 əleyhinə vurulan peyvəndlərin mövsümi xarakter alması çox effektiv bir həll olardı".
Sağlamlıq
27 Aprel , 2022 13:20
ÜST rəsmisi: Hazırda koronavirus vaksininin mövsümi olması gözlənilmir
Henri Hans Klüge

"COVID-19 əleyhinə vurulan peyvəndlərin mövsümi xarakter alması çox effektiv bir həll olardı".

Bunu "Report"un Şamaxıya ezam olunan əməkdaşının sualını cavablandıran Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə regional direktoru Henri Hans Klüge deyib.

Onun sözlərinə görə, koronavirus əleyhinə peyvəndin mövsümi olmasının, yəni bir doza vurulmaqla məsələnin həll olunması arzuolunandır, lakin pandemiya davam etdiyindən hələ ki bu barədə düşünülmür: "Ümumilikdə, bu gün üçün hadisələrin gedişi yaxşıdır. Lakin yenə də xahiş edərdim ki, hər kəs öz sağlamlığı üçün peyvənd olunsun. Peyvənd olunanlar isə mütləq buster dozanı vurdursunlar".

"Ötən gün dövlət başçısı İlham Əliyevin qəbulunda da qeyd etdim ki, Azərbaycanda peyvəndlənmə göstəricisi olduqca yaxşıdır. Peyvəndlərin və tibbi ləvazimatların digər dünya ölkələri ilə paylaşılması isə təqdirəlayiqdir. Buna görə ölkənizə təşəkkür edirəm. Çünki bu, qlobal həmrəyliyin möhkəmləndirilməsinə yönələn addımdır" - ÜST rəsmisi bildirib.

Son xəbərlər

Orphus sistemi