ÜST rəhbəri bəşəriyyəti gözləyən böyük təhlükədən danışdı

ÜST rəhbəri bəşəriyyəti gözləyən böyük təhlükədən danışdı “Bəşəriyyət real təhlükə dövrünə daxil olub və koronavirusla mübarizədə bir çox nailiyyətlər hazırda eroziyaya uğrayır”.
Sağlamlıq
6 Avqust , 2021 02:02
ÜST rəhbəri bəşəriyyəti gözləyən böyük təhlükədən danışdı
Tedros Adhanom Gebreyesus
0 : 00
0 : 00

“Bəşəriyyət real təhlükə dövrünə daxil olub və koronavirusla mübarizədə bir çox nailiyyətlər hazırda eroziyaya uğrayır”.

“Report” xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus brifinqdə bildirib.

Onun sözlərinə görə, infeksiyaya yoluxanların sayında artıma səbəb sosial təmaslar, düzgün təşkil edilməyən ictimai siyasət tədbirləri və peyvəndin qeyri-bərabər paylanmasıdır.

O, koronavirusa qarşı peyvəndin 80 faizdən çoxunun yüksək və orta gəlirli ölkələrin əldə etdiyini xatırladıb.

Qeyd edək ki, dünyada koronavirusa yoluxanların sayı 200 milyon nəfəri ötüb

Son xəbərlər

Orphus sistemi