Dünyada koronavirusa yoluxanların sayı 200 milyon nəfəri ötüb

Dünyada koronavirusa yoluxanların sayı 200 milyon nəfəri ötüb Dünyada koronavirus infeksiyasına yoluxma hallarının sayı 200,1 milyonu ötüb.
Sağlamlıq
5 Avqust , 2021 22:13
Dünyada koronavirusa yoluxanların sayı 200 milyon nəfəri ötüb

Dünyada koronavirus infeksiyasına yoluxma hallarının sayı 200,1 milyonu ötüb.

“Report” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) saytı məlumat yayıb.

Məlumata görə, dünyada COVID-19-a 200 174 883 yoluxma aşkarlanıb. Son sutkada daha 658 630 nəfərin koronavirusa yoluxması məlum olub.

Qeyd edilir ki, dünyada koronavirusdan ölənlərin ümumi sayı 4 255 892 nəfərə çatıb. Son 24 saat ərzində isə 10 215 pasiyentin həyatını xilas etmək olmayıb.

Dünyada koronavirusa ən çox yoluxma ABŞ-da qeydə alınıb. Siyahıda sonrakı yerlərdə Hindistan, Braziliya, Rusiya qərarlaşıb.

Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi