ÜST onlayn təhsilin uşaqların psixoloji sağlamlığına təsirini qiymətləndirib

ÜST onlayn təhsilin uşaqların psixoloji sağlamlığına təsirini qiymətləndirib COVID-19 pandemiyası səbəbilə tətbiq edilən məhdudlaşdırıcı tədbirlər, o cümlədən onlayn təhsilə keçid uşaqların psixoloji sağlamlığına mənfi təsir göstərə bilər.
Sağlamlıq
9 Dekabr , 2020 12:30
ÜST onlayn təhsilin uşaqların psixoloji sağlamlığına təsirini qiymətləndirib

COVID-19 pandemiyası səbəbilə tətbiq edilən məhdudlaşdırıcı tədbirlər, o cümlədən onlayn təhsilə keçid uşaqların psixoloji sağlamlığına mənfi təsir göstərə bilər, lakin bunun uzunmüddətli təsirləri hələ araşdırılmalıdır.

“Report” xəbər verir ki, bu barədə “RİA Novosti”yə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) psixoaktiv maddələr və addiktiv davranış sahəsi üzrə mütəxəssisi Vladimir Poznyak bildirib.

“Uşaqlar və yeniyetmələr kimi əhalinin bəzi alt qrupları COVID-19 pandemiyasının psixososial təsirinə qarşı xüsusilə həssasdırlar, çünki uşaqlıq və yeniyetməlik yaşları neyrobioloji, davranış və sosial inkişafın kritik dövrləridir. Yeniyetməlik dövründə həmyaşıdlarla qarşılıqlı əlaqə, həmyaşıdların təsdiqi və həmyaşıdların təsiri xüsusilə vacibdir. Fiziki uzaqlaşdırma və COVID-19-un ötürülməsinin qarşısının alınması ilə bağlı tədbirlər uşaqların və yeniyetmələrin həmyaşıdları ilə qarşılıqlı əlaqə qabiliyyətini azaldır və bu, psixoloji sağlamlığa təsir göstərə bilər”, - V.Poznyak bildirib.

Onun sözlərinə görə, rəqəmsal texnologiyaya geniş çıxış imkanı müxtəlif təsirlərə malikdir:

“Bir tərəfdən bu, fiziki uzaqlaşmanın bəzi mənfi təsirlərini azalda bilər. Gənclər, məsələn, videoçatlarda dostları ilə ünsiyyət qura və təhsillərini onlayn davam etdirə bilərlər, evdə uzun müddət qalmaq isə valideynlər, qardaş və bacılarla oyun və əlaqə imkanlarını genişləndirir. Digər tərəfdən, internet üzərindəki sosial ünsiyyətin müəyyən risklər daşıdığı hamıya məlumdur. COVID-19-un səbəb olduğu sosial qarşılıqlı əlaqələrdə dəyişikliklərin uşaqların və yeniyetmələrin inkişafı və psixoloji sağlamlığına uzunmüddətli təsiri isə hələ araşdırılmalıdır”.

Son xəbərlər

Orphus sistemi