ÜST-yə üzv dövlətlər pandemiyanın qarşısının alınması üçün qərar qəbul ediblər

ÜST-yə üzv dövlətlər pandemiyanın qarşısının alınması üçün qərar qəbul ediblər Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) əsas qərarverici orqanı olan Ümumdünya Səhiyyə Assambleyasının Qərarına uyğun olaraq, noyabrın 29-dan dekabrın 1-dək virtual formatda Səhiyyə Assambleyasının İkinci Xüsusi Sessiyası keçirilib.
Sağlamlıq
139
2 Dekabr , 2021 10:04
ÜST-yə üzv dövlətlər pandemiyanın qarşısının alınması üçün qərar qəbul ediblər

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) əsas qərarverici orqanı olan Ümumdünya Səhiyyə Assambleyasının Qərarına uyğun olaraq, noyabrın 29-dan dekabrın 1-dək virtual formatda Səhiyyə Assambleyasının İkinci Xüsusi Sessiyası keçirilib.

Səhiyyə Nazirliyindən "Report"a bildirilib ki, sessiya zamanı üzv dövlətlər pandemiyaya hazırlıq və cavab tədbirləri üçün konvensiya, saziş və ya digər beynəlxalq ÜST alətinin hazırlanması məsələsini müzakirə ediblər.

Tədbirdə Azərbaycanı səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Çıxış zamanı səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən T.Musayev xatırladıb ki, noyabrın 18-də BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində Assambleyanın Üçüncü Komitəsində Qoşulmama Hərəkatının (QH) sədri qismində Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə QH üzvləri adından irəli sürülmüş “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamə BMT üzv dövlətləri tərəfindən qəbul edilib.

“Biz Üzv Dövlətlərin İşçi Qrupunun ÜST-nin ictimai səhiyyə ilə bağlı fövqəladə hallara hazırlığını və reaksiyasını təkmilləşdirmək və bu istiqamətdə fəaliyyətin genişləndirilməsini dəstəkləmək səylərini alqışlayırıq”, - deyə Teymur Musayev əlavə edib.

İkinci Xüsusi Sessiyanın işinin nəticələrinə əsasən, ÜST-nin üzv dövlətləri pandemiyaların daha effektiv qarşısının alınması və onlara nəzarət üçün beynəlxalq sənədin yaradılması haqqında qərar qəbul ediblər.

Son xəbərlər

Orphus sistemi