ÜST koronavirusun mənşəyini müəyyənləşdirmək üçün araşdırmalarını davam etdirir

ÜST koronavirusun mənşəyini müəyyənləşdirmək üçün araşdırmalarını davam etdirir “Pandemiyalar adətən virusların heyvanlardan insanlara keçməsi nəticəsində baş verir. Biz bunu bilirik, amma bu, daha da aydınlaşdırılacaq”.
Sağlamlıq
16 Dekabr , 2020 11:55
ÜST koronavirusun mənşəyini müəyyənləşdirmək üçün araşdırmalarını davam etdirir

“Pandemiyalar adətən virusların heyvanlardan insanlara keçməsi nəticəsində baş verir. Biz bunu bilirik, amma bu, daha da aydınlaşdırılacaq”.

“Report”un xəbərinə görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.

O qeyd edib ki, COVID-19 virusunun mənşəyinin müəyyən edilməsi zaman aparacaq: “Bu virusun mənşəyinin əldə edilməsi üçün ilk gündən iş aparılır. Ümid edirəm ki, virusun mənşəyi məsələsinə uyğun zamanda aydınlıq gətiriləcək. Təbii ki, bu zaman alacaq. Pandemiyalar hər zaman olub və bundan sonra da olacaq”.

ÜST rəsmisi eyni zamanda bildirib ki, təşkilatın missiyası çərçivəsində əsasən münaqişə bölgəsində, o cümlədən Tərtər və Ağdamda səhiyyə ilə bağlı çatışmazlıq aşkarlanıb: “Bu da gözlənilən idi. Çünki orada şərait o qədər də yaxşı deyildi. Ümid edirəm ki, aidiyyəti qurumlar bununla bağlı öz dəstəyini verəcək”.

Son xəbərlər

Orphus sistemi