ÜST: Koronavirus pandemiyası sürətlənib

ÜST: Koronavirus pandemiyası sürətlənib Qeyd olunur ki, son altı həftə ərzində yeni növ koronavirusa yoluxma hallarının sayı iki dəfə artıb
Sağlamlıq
2307
27 İyul , 2020 17:42
ÜST: Koronavirus pandemiyası sürətlənib

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adanom Qebreyesus koronavirus pandemiyasının yayılmasının sürətləndiyini söyləyib.

“Report” xəbər verir ki, bu barədə TASS məlumat verib.

“ÜST-yə təxminən 16 milyon xəstələnmə və 640 mindən çox insanın öldüyünə dair məlumatlar daxil olub. Pandemiya sürətlənməyə davam edir”, - Qebreyesus deyib. Onun sözlərinə görə, yaxın gələcəkdə təşkilat gələcək tövsiyələri hazırlamaq üçün fövqəladə komitənin iclasını çağıracaq.

Qeyd olunur ki, son altı həftə ərzində yeni növ koronavirusa yoluxma hallarının sayı iki dəfə artıb.

Cons Hopkins Universitetinin məlumatına görə, dünyada SARS-CoV-2-yə yoluxma üzrə 16,3 milyondan çox hal qeydə alınıb. Onun səbəb olduğu COVID-19 xəstəliyindən isə 649 min nəfər ölüb.

Son xəbərlər

Orphus sistemi