ÜST ilk yoluxma ilə bağlı yeni nəzəriyyə irəli sürüb

ÜST ilk yoluxma ilə bağlı yeni nəzəriyyə irəli sürüb Yeni növ koronavirusa ilk dəfə bir deyil, bir neçə nəfər yoluxa bilərdi, onlar fərqli vaxtlarda fərqli daşıyıcılardan yoluxa bilərdi.
Sağlamlıq
1574
24 Noyabr , 2020 11:06
ÜST ilk yoluxma ilə bağlı yeni nəzəriyyə irəli sürüb

Yeni növ koronavirusa ilk dəfə bir deyil, bir neçə nəfər yoluxa bilərdi, onlar fərqli vaxtlarda fərqli daşıyıcılardan yoluxa bilərdi.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ümümdünya Səhiyyə Təşkilatının (ÜST) səhiyyə sahəsində fövqəladə hallar üzrə proqramının direktoru Maykl Rayan bildirib.

“Birinci yoluxma halının müəyyənləşdirilməsi bütün epidemioloji araşdırmaların vacib tərəfidir. Amma ilk halda birdən çox insanın yoluxması da ola bilərdi. Çünki başqa-başqa heyvan növlərindən yoluxma ehtimalı var”, - o deyib.

Alimlər virusun təbii mənşəli olmasından əmindirlər. Daşıyıcı qismində yarasaların ola biləcəyi düşünülür.

Ancaq mütəxəssislər infeksiyanın artmasına səbəb olan amili – bunun insan, heyvan və ya ətraf mühit olmasını müəyyənləşdirə bilmirlər.

M.Rayan ÜST-nin infeksiya mənbəyini müəyyənləşdirmək üçün Çinin əməkdaşlıq edəcəyini ümidvar olduğunu da vurğulayıb.

Son xəbərlər

Orphus sistemi