ÜST: COVID-19-dan sağalanlar da peyvənd olunmalıdır

ÜST: COVID-19-dan sağalanlar da peyvənd olunmalıdır Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni növ koronavirus infeksiyasına yoluxub sağalan şəxslərin peyvənd olunmasını tövsiyə edib.
Sağlamlıq
16 Fevral , 2021 02:09
ÜST: COVID-19-dan sağalanlar da peyvənd olunmalıdır

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni növ koronavirus infeksiyasına yoluxub sağalan şəxslərin peyvənd olunmasını tövsiyə edib.

“Report”un məlumatına görə, bunu ÜST-nin baş elmi işçisi Sumya Svaminatan bəyan edib.

Onun sözlərinə görə, bu tövsiyə xüsusilə COVID-19-u yüngül və ya asemptomatik formada keçirən şəxslərə aiddir:

“Bu şəxslərdə xəstəliyi ağır formada keçirənlərə nisbətən kifayət qədər güclü immunitet formalaşmır. Həmin şəxslərin də vaksinasiyaya cəlb edilməsi nəticəsində mövcud olan antitellərin sayı çoxalacaq”.

Son xəbərlər

Orphus sistemi