ÜST: Bir gündə 262 min yeni yoluxma aşkarlandı

ÜST: Bir gündə 262 min yeni yoluxma aşkarlandı Dünyada koronavirusa yoluxanların sayı 17,6 milyonu ötüb.
Sağlamlıq
2349
2 Avqust , 2020 21:17
ÜST: Bir gündə 262 min yeni yoluxma aşkarlandı

Dünyada koronavirusa yoluxanların sayı 17,6 milyonu ötüb.

“Report” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Məlumata görə, son bir gündə koronavirusa dünyada 262 mindən çox yoluxma qeydə alınıb, ümumilikdə 680 mindən çox insan ölüb.

Qeyd olunub ki, son sutkada COVID-19-a 262 929 yoluxma qeydə alınıb, 5 851 pasiyent dünyasını dəyişib.

Beləliklə, dünyada təhlükəli virusa yoluxanların ümumi sayı 17 660 523 təşkil edir. Pandemiya ərzində ümumilikdə 680 894 nəfər COVID-19-dan ölüb.

Virusa ən çox yoluxma Şimali və Cənubi Amerikada qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. ÜST fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi