ÜST: Bakıdakı 4 xəstəxana ilə başlayan layihə rayonlarda davam edəcək

ÜST: Bakıdakı 4 xəstəxana ilə başlayan layihə rayonlarda davam edəcək Çox sayda müraciət olsa da, bəlli kriteriyalara uyğun olaraq 19 nəfər seçildi. Onlar da İzmirdə 1 həftəlik təlim keçdikdən sonra özəl təyyarə ilə Azərbaycana gətirildi.
Sağlamlıq
16 Aprel , 2020 11:24
ÜST: Bakıdakı 4 xəstəxana ilə başlayan layihə rayonlarda davam edəcək
Hande Harmancı / Report/Firudin Səlimov

"Çox sayda müraciət olsa da, bəlli kriteriyalara uyğun olaraq 19 nəfər seçildi. Onlar da İzmirdə 1 həftəlik təlim keçdikdən sonra özəl təyyarə ilə Azərbaycana gətirildi".

"Report" xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndələrinin rəhbəri Hande Harmancı REACT-C19 layihəsinin təqdimatında deyib.

Layihənin sahə koordinatoru Hamze Zeytinoğlu qeyd edib ki, ilk olaraq 16 xəstəxana seçilib: "Bakıdakı 4 xəstəxana ilə başlayan layihə rayonlarda davam edəcək".

Son xəbərlər

Orphus sistemi