ÜST Azərbaycanda xəstəxanaların oksigenlə təchizatını qiymətləndirir

ÜST Azərbaycanda xəstəxanaların oksigenlə təchizatını qiymətləndirir Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Azərbaycanda xəstəxanaların oksigenlə təchizatını qiymətləndirir.
Sağlamlıq
19 May , 2022 19:11
ÜST Azərbaycanda xəstəxanaların oksigenlə təchizatını qiymətləndirir

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Azərbaycanda xəstəxanaların oksigenlə təchizatını qiymətləndirir.

"Report" ÜST-ün Azərbaycan Nümayəndəliyinə istinadən xəbər verir ki, Avropa İttifaqı (Aİ) ilə ÜST-ün birgə layihəsi olan Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü çərçivəsində TƏBİB-in təklifi və dəstəyi ilə xəstəxanalarda oksigen təchizatı və istifadəsinin qiymətləndirilməsi həyata keçirilib. COVID-19 pandemiyası xəstəxanalarda oksigen təchizatı və istifadəsinin vacibliyini bir daha önə çıxarıb. Ağır və kritik COVID-19 hallarının effektiv müalicəsi üçün xəstəxanaların oksigenlə optimal təchizatı, reanimasiya şöbələrində oksigen infrastrukturunun yaradılması və tibb işçilərinin oksigen müalicəsi üzrə bilik və bacarıqlarının olması olduqca vacibdir.

16-20 may tarixlərində Bakı, Sumqayıt və Şamaxıda yerləşən 7 xəstəxana, o cümlədən 2 modul xəstəxanada oksigen təchizatı və istifadəsinin qiymətləndirilməsi məqsədilə ÜST-nin missiyası həyata keçirilir. Missiyada ÜST-nin biotibbi eksperti Dr. Ulian Rotari tərəfindən seçilmiş xəstəxanalarda oksigenin təchizat sistemi və istifadəsinin təhlükəsizliyi, ÜST-nin məsləhətçisi Dr. Pervin Korkmaz Ekren tərəfindən isə reanimasiya şöbələrində oksigen müalicəsinin tətbiqi qiymətləndirilir. Missiyanın ümumi koordinasiyası ÜST-nin xəstəliklərin idarəolunması üzrə eksperti Cennifer Kollins tərəfindən həyata keçirilir. Ehtiyaclar müəyyənləşdirildikdən sonra TƏBİB ilə birlikdə oksigen təchizatı və istifadəsi üzrə xəstəxanalara dəstək imkanlarının, həmçinin milli təlimatların hazırlanmasının müzakirəsi planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi