ÜST: “Avropa və ABŞ-da uşaqlarda respirator xəstəlikləri artıb”

ÜST: “Avropa və ABŞ-da uşaqlarda respirator xəstəlikləri artıb” Böyük Britaniya, Niderland, ABŞ, Fransa və İsveç daxil olmaqla, bir sıra ölkələrdə uşaqlarda respirator xəstəliklərinin qeyri-adi dərəcədə güclü artımı müşahidə olunub.
Sağlamlıq
27 Dekabr , 2022 01:23
ÜST: “Avropa və ABŞ-da uşaqlarda respirator xəstəlikləri artıb”

Böyük Britaniya, Niderland, ABŞ, Fransa və İsveç daxil olmaqla, bir sıra ölkələrdə uşaqlarda respirator xəstəliklərinin qeyri-adi dərəcədə güclü artımı müşahidə olunub.

"Report" xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) uşaq xəstəlikləri üzrə eksperti Uilson Uer məlumat verib.

Onun sözlərinə görə, bu, xəstəliyə səbəb olan virusların dəyişməsi və bəzi uşaqlarda buna qarşı immunitetin olmaması ilə əlaqədardır: “Uşaqlar, xüsusən də 10 yaşdan kiçik olanlar arasında respirator xəstəliklərində artım müşahidə edirik”.

U.Uer əlavə edib ki, hazırda bu xəstəliklərin yayılması ötən illərdəki qrip mövsümləri ilə müqayisədə daha yüksəkdir.

O deyib ki, bu xəstəliklərdən qorunmaq üçün ilk növbədə gigiyenaya riayət etmək, həmçinin burun və ağız nahiyəsini maska ​​və ya parça ilə örtmək lazımdır.

Son xəbərlər

Orphus sistemi