ÜST: 30-70 yaş arası ölümlərin böyük əksəriyyəti qeyri-infeksion xəstəliklərdən baş verir

ÜST: 30-70 yaş arası ölümlərin böyük əksəriyyəti qeyri-infeksion xəstəliklərdən baş verir Dünyada qeyri-infeksion xəstəliklər ən çox ölümə səbəb olan xəstəliklər sırasındadır
Sağlamlıq
19 Dekabr , 2019 11:42
ÜST: 30-70 yaş arası ölümlərin böyük əksəriyyəti qeyri-infeksion xəstəliklərdən baş verir
Hande Harmancı / Report / Elchin Murad

"Dünyada qeyri-infeksion xəstəliklər ən çox ölümə səbəb olan xəstəliklər sırasındadır"

"Report" xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı "Qeyri-infeksion xəstəliklərin yükü və mübarizə strategiyaları" mövzusunda keçirilən II Milli Konfransda deyib.

Onun sözlərinə görə, 30-70 yaş arası ölümlərin böyük qismini qeyri-infeksion xəstəliklər təşkil edir: "Bu ölümlərin qarşısı alına bilər. Əsas olan hamımızın bir yerdə işləməyimizdir. Qeyri-infeksion xəstəliklər deyərkən ilk iki sırada ürək infarktları və insult durur. Onların ortaya çıxmasına səbəb daha çox duz istehlakı, hərəkətsizlik, piylənmə və tütündən istifadədir. Hamımız bilirik ki, risklərin qarşısını ala bilsək, 30-70 yaş arası baş verən ölümlərin önəmli qismini azalda bilərik. İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (ISIM) həyata keçirdiyi STEPS sorğusu bizə bu problemlərlə bağlı önəmli rəqəmlər verdi. Bilməliyik ki, bu problemlərlə mübarizə təkcə Səhiyyə Nazirliyinin görə biləcəyi iş deyil. Lazım gələrsə, ölkədə duz istehlakının azaldılması üçün bir çox qurumun bir araya gəlməsi lazım olacaq".

Son xəbərlər

Orphus sistemi