UNİCEF sağlam qidalanma məsələsinin təhsil kurikulumlarına salınmasını təklif edib

UNİCEF sağlam qidalanma məsələsinin təhsil kurikulumlarına salınmasını təklif edib "Məktəbyaşlı uşaqların düzgün qidalanması nəinki Azərbaycanda, eləcə də bütün dünyada narahatlığa səbəb olan məsələlərdən biridir".
Sağlamlıq
22 Fevral , 2022 10:53
UNİCEF sağlam qidalanma məsələsinin təhsil kurikulumlarına salınmasını təklif edib
Töhfə Cəmilova

"Məktəbyaşlı uşaqların düzgün qidalanması nəinki Azərbaycanda, eləcə də bütün dünyada narahatlığa səbəb olan məsələlərdən biridir".

"Report" xəbər verir ki, bunu BMT-nin Uşaq Fondunun (UNİCEF) Azərbaycandakı nümayəndəliyinin Səhiyyə və qidalanma proqramının rəhbəri Töhfə Cəmilova "Məktəblilərin qida bələdçiləri" pilot layihəsinin təqdimatında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, məktəblilərin qidalanmasında müşahidə edilən bəzi problemlər onların sağlamlığına, gələcək həyatlarına təhdidlər yaradır: "Misal olaraq, bir çox maktəblilər səhər yeməyini yemədən məktəbə gedir, çox az həcmdə meyvə, tərəvəz və süd məhsullarından istifadə edir. Dünya üzrə götürsək yeniyetmələrin 21%-i tərəvəz, 34%-i isə meyvəni gündə bir dəfədən az istehlak edir. Əksinə, məktəblilərin 42%-i hər gün qazlı şirin içkilər, 46%-i isə həftədə ən azı bir dəfə fast-food adlanan qeyri-sağlam qidalardan istifadə edir".

O qeyd edib ki, Azərbaycanda da çoxsaylı monitorinqlər, məktəblilər arasında qidalanma sorğuları aparılıb: "Nəticələr göstərir ki, onlar arasında sağlam qidalanma vərdişlərinin aşılanmasına va rasionlarının dəyişməsinə dəstək ola biləcək bütün tədbirlərin həyata keçirilməsi olduqca zəruri və təxirəsalınmazdır. Bu öz növbəsində uşaqlar arasında piylənmə və artıq çəki, bəzi mineral və vitaminlərin çatışmazlığına gətirib çıxarır".

"UNICEF-in bu istiqamətdə prioritet tədbirləri və tövsiyələri məktəblilar arasında sağlam qidalanmanın təşviqi və sağlam qidalanma məsələlərinin təhsil kurikulumlarına salınması, məktəb bufetlərində sağlam qida seçimlərinin təmin edilməsi, o cümlədən məktəb menyularının standartlaşdırılması va uşaqların qida ehtiyaclarına uyğunlaşdırılması, eyni zamanda qida məhsullarının zənginləşdirilməsi labüddür" - T.Cəmilova əlavə edib.

Son xəbərlər

Orphus sistemi