UNİCEF: "Azərbaycan məktəblərinin yeməkxanalarında uşaqlara şəkər tərkibli içkilər satılır"

UNİCEF: "Azərbaycan məktəblərinin yeməkxanalarında uşaqlara şəkər tərkibli içkilər satılır" “Düzgün qidalanma hər bir uşağın həyatına təsir edir. Bütün uşaqlar düzgün şəkildə qidalanmadıqda bu onların sağlamlığına təsir edir. Yalnış qidalanma fiziki qüsuralara da gətirib çıxarır”.
Sağlamlıq
7 İyul , 2022 10:55
UNİCEF: Azərbaycan məktəblərinin yeməkxanalarında uşaqlara şəkər tərkibli içkilər satılır
Villiam Abi Abdullah

“Düzgün qidalanma hər bir uşağın həyatına təsir edir. Bütün uşaqlar düzgün şəkildə qidalanmadıqda bu, onların sağlamlığına təsir edir. Yalnış qidalanma fiziki qüsurlara da gətirib çıxarır”.

“Report”un məlumatına görə, bunu BMT-nin Uşaq Fondunun (UNİCEF) Azərbaycandakı nümayəndəsinin müavini Villiam Abi Abdullah “Məktəblilərin qida bələdçiləri” pilot layihəsinin yekunlarına həsr olunan tədbirdə deyib.

Onun sözlərinə görə, bütün bu hallar uşaqların təhsilinə təsir göstərir: “Sağlam qidalanma vərdişlərinin uşaqlara aşılanması ilə bağlı bu mühüm layihəni tərəfdaşlarımızla yerinə yetiririk. Biz 16 məktəbdə oxuyan şagirdlərin biliklərini əvvəlcə araşdırdıq. Layihənin əvvəlində şagirdlər bildirdi ki, onlar məktəbə gələndə səhər yeməyi yemirlər. Ancaq layihədən sonra bu hal 20 faizdən 7 faizə düşdü. Mən çox məmnunam ki, layihələrin müsbət nəticələri ortaya çıxdı".

"Onu da qeyd edim ki, təəssüflər olsun ki, layihə əsnasında məlum oldu ki, məktəblərdə qida mühiti uşaqların kökəlməsinə şərait yaradan vəziyyətdədir. Məktəblərin yeməkxanalarında uşaqlara şəkər tərkibli içkilər satılır. Bu məsələnin həlli üçün çoxtərəfli yanaşmaya üstünlük verməliyik. Sağlam qida vərdişləri ilə bağlı uşaqların maarifləndirilməsi vacibdir”, - o bildirib.

Son xəbərlər

Orphus sistemi