Ukrayna payızadək COVID-19 peyvəndinin hazırlanmasının əsas mərhələsini başa çatdıracaq - EKSKLÜZİV

Ukrayna payızadək COVID-19 peyvəndinin hazırlanmasının əsas mərhələsini başa çatdıracaq - EKSKLÜZİV Hazırda Lvov, Odessa və bir sıra digər şəhərlərdə bununla bağlı işlər davam edir
Sağlamlıq
12 May , 2021 10:55
Ukrayna payızadək COVID-19 peyvəndinin hazırlanmasının əsas mərhələsini başa çatdıracaq - EKSKLÜZİV
Viktor Lyaşko
0 : 00
0 : 00

Ukrayna koronavirusa qarşı öz peyvəndini hazırlayır.

Bunu “Report”un Şərqi Avropa bürosuna müsahibəsində Ukrayna səhiyyə nazirinin müavini, baş sanitar həkim Viktor Lyaşko deyib.

“Bunu edəcəyik və hətta artıq başlamışıq. Artıq üç variant üzərində iş gedir. Təxminən sentyabra qədər bu işin əsas mərhələsini keçəcəyik. İstehsal etdiyimiz peyvənd yüksək effektivli olmalıdır”, - o deyib.

Onun sözlərinə görə, hazırda Lvov, Odessa və bir sıra digər şəhərlərdə bununla bağlı işlər davam edir.

V.Lyaşko peyvəndin təxminən gələn ilə qədər hazır olacağını qeyd edib.

Son xəbərlər

Orphus sistemi