Ukrayna ilin sonunadək koronavirusa qarşı milli peyvəndini təqdim edəcək

Ukrayna ilin sonunadək koronavirusa qarşı milli peyvəndini təqdim edəcək “Hazırda 4 təşkilat koronavirusa qarşı Ukrayna milli peyvəndini hazırlayır. Bu ilin sonunda ilkin nəticələr təqdim olunacaq”.
Sağlamlıq
18 Noyabr , 2021 17:20
Ukrayna ilin sonunadək koronavirusa qarşı milli peyvəndini təqdim edəcək

“Hazırda 4 təşkilat koronavirusa qarşı Ukrayna milli peyvəndini hazırlayır. Bu ilin sonunda ilkin nəticələr təqdim olunacaq”.

Bu fikirləri “Report”un Şərqi Avropa bürosunun sorğusuna cavab olaraq Ukrayna Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən bildiriblər.

Məlumata görə, təşkilatlardan ikisi tədqiqat işləri aparır: “Biri Lvovda akademik Andriy Sibirnıy, digəri O.V.Palladin adına Biokimya İnstitutunun professoru Serhiy Komisarenko tərəfindən aparılır. 2021-ci ilin sonuna qədər bu komandalar araşdırmalarının ilk nəticələrini təqdim etməlidirlər. Bu, xüsusilə də peyvəndin yaradılmasının mümkünlüyünün elmi əsaslandırılması və ya onun yaradılmasının texniki alqoritmləri olacaq”, - nazirlikdən bildirilib.

Qeyd edilib ki, bu layihələr Ukrayna Milli Tədqiqat Fondu tərəfindən maliyyələşdirilir: “Ukrayna peyvəndi ilə fəal işləyən özəl qurumlar da var. "İndar" əczaçılıq şirkətindən tədqiqatçılar qrupu, "Lekhim" əczaçılıq şirkəti buna misaldır. Xüsusilə “Lekhim” özəl səhmdar cəmiyyəti fəal şəkildə COVID-19-a qarşı öz peyvəndlərinin hazırlanması və Ukraynada əlavə olaraq toplu istehsalı, yəni hazır vaksinin qablaşdırılması və etiketlənməsi təşəbbüsü ilə çıxış edib. Əgər lazım gələrsə, Ukrayna Səhiyyə Nazirliyi bu işin həyata keçirilməsi üçün bütün lazımi köməkliyi və təşkilati yardımı göstərəcək. Xarkov “Lekhim” zavodu koronavirus xəstəliyinə qarşı təsirsiz hala salınmış peyvəndin hazırlanmasına innovativ yanaşmalar tətbiq etməyi planlaşdırır. Tədqiqatlar tezliklə başlamalı və müvəffəqiyyətli olduğu təqdirdə peyvəndlərin bütün lazımi klinik sınaqlarına başlanılacaq”.

Son xəbərlər

Orphus sistemi