Türkiyəli həkimlər tərəfindən qazilərimizin müayinəsi davam edir

Türkiyəli həkimlər tərəfindən qazilərimizin müayinəsi davam edir Həkim heyətinin tərkibində ortoped, beyin cərrahı, ümumi cərrah və digər ixtisaslı həkimlər var
Sağlamlıq
149
24 Fevral , 2021 13:33
Türkiyəli həkimlər tərəfindən qazilərimizin müayinəsi davam edir

"YAŞAT” Fondunun dəstəyi ilə ölkəmizə gətirilən türkiyəli həkimlər Vətən müharibəsində ağır yaralanmış qazilərimizin müayinələrini davam etdirirlər.

Bu barədə "Report"a Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentlyindən məlumat verilib.

Bildirilib ki, həkim heyətinin tərkibində ortoped, beyin cərrahı, ümumi cərrah və digər ixtisaslı həkimlər var.

Xatırladaq ki, “YAŞAT” Fondunun dəstəyi, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə Türkiyə Respublikasından həkim heyəti ölkəmizə gətirilib.

Son xəbərlər

Orphus sistemi