Türkiyədə “EndoBridge” beynəlxalq konfrans keçirilib

Türkiyədə “EndoBridge” beynəlxalq konfrans keçirilib Türkiyədə “EndoBridge” beynəlxalq konfrans keçirilib.
Sağlamlıq
27 Oktyabr , 2019 11:29
Türkiyədə “EndoBridge” beynəlxalq konfrans keçirilib

Türkiyədə “EndoBridge” beynəlxalq konfrans keçirilib.

"Report" xəbər verir ki, Amerika, Avropa və Türkiyənin Endokrinologi Dərnəklərinin birgə təşkilatçılığı ilə təşkil olunan konfransda endikrinologiya - daxili sekresiya vəzlərinin, hormonların metobolizmi, azalması və artması ilə orqanizmdə yaranan endokrinaloji dəyişikliklərin  müayinəsi və müalicəsi məsələləri müzakirə edilib.

Bu il VII dədəfədir baş tutan beynəlxalq tibb konfransında Azərbaycanı Respublika Endokrinologiya Mərkəzinin (REM) direktor müavini, Azərbaycan Endokrinologiya Cəmiyyətinin vitse-prezidenti Babək Salekin rəhbərlik etdiyi geniş tərkibli nümayəndə heyəti təmsil edir.

Azərbaycanın bu təyinatlı konfranslarda iştirakının əhəmiyyətini yüksək dəyərləndirən REM-in direktor müavini Babək Salek "Report"un Türkiyə bürosuna açıqlamasında bildirib ki, əldə olunan təcrübənin respublikamızda tətbiqi, o cümlədən ölkəmizdə endikrinologiya sahəsində qazanılan uğur və nailiyyətlər barədə beynəlxalq tibb ictimaiyyətini məlumatlandırmaq çox faydalı nəticələr verir: 

“Biz burda öyrəndiklərimizi vətənə qayıtdığımız zaman ölkənin bölgələrində işləyən həkimlərlə paylaşacayıq. Burada yeniliklər əlbəttə ki, çoxdur. Son statsitik məlumatlara görə, Azərbaycanda 265 000 qeydiyyatda olan diabetli xəstə var. Əlbəttə ki, bu xəstələrin sayı çoxdur. Çünki, çox vaxt xəstənin xəbəri olmadan ikinci tip diabet başlayır. Bu gizli gedən şəkər aşkar olunmalıdır ki, vaxtında doğru müalicə tətbiq edilə bilsin. Səhiyyə Nazirliyi tərəfindən bütün xəstələr bu gün dünyada ən keyfiyyətli hesab olunan üç firmanın insulinləri ilə təmin olunur. Bizim məqsədimiz bu xəstəliklərin müalicəsində ən yeni metodları ölkəmizə aparmaqdır. Düşünürəm ki, bu kimi beynəlxalq tibb konqreslərində ölkəmizin təmsil olunması böyük uğudur və bu ənənə davam etdirliməlidir”.

“EndoBridge”in qurucusu Prof. Dr. Okan Bülent Yıldız "Report"a açıqlamasında Azərbaycanda son illər ərzində tibbin bütün sahələrinin uğurla inkişaf etdiyini və hər il azərbaycanlı həkimlərin beynəlxalq tibb konqresində uğurlai ştirak etdiyini bildirib: 

“Bu tibb konqresi dünyada hər il və dörd dildə reallaşan tək beynəlxaq tədbirdir. Azərbaycan da daxil olmaqla bütün dünyadan olan həkimləri, Amerikadan və Avropadan olan elm adamları ilə bir yerə gətirmək, onların araşdırmalarını paylaşmasına vəsilə olmak, elmi adamlarının arasında körpü qurmaq bizim ən böyük uğurumuzdur. Başqa sözlə desək biz burada bir insanın yaşaması üçün ən mühüm faktor olan hormonların körpüsünü qururuq. 2020-ci ildə də bu ənənəni davam etdirəcəyik. 22-25 oktyabrda yenə də, Antalyada toplaşıb dünyanı narahat edən endokrinoloji xəstəlikləri müzakirə edəcəyik. Azərbaycanlı həkimləri dəvət edirəm və onlarla əməkdaşlıq etmək bizim üçün şərəfdir”.

Qeyd edək ki, üç gün davam edəcək EndoBridge beynəlxalq konfransında dünyanın 20-dən artıq ölkəsindən gələn 600-dən çox alim endikrinologiya üzrə mühazirə oxuyacaq və təqdimat həyata keçirəcək. 

Vüsalə Abbasova 

Son xəbərlər

Orphus sistemi