Travmatologiya-ortopediya ixtisası üzrə rezidentlərə növbəti mühazirə oxunacaq

Travmatologiya-ortopediya ixtisası üzrə rezidentlərə növbəti mühazirə oxunacaq Lektor institutun kiçik elmi işçisi, Türkiyədə uzmanlıq təhsili almış həkim-travmatoloq-ortoped Fərhad Verdiyevdir
Sağlamlıq
172
20 Fevral , 2015 21:32
Travmatologiya-ortopediya ixtisası üzrə rezidentlərə növbəti mühazirə oxunacaq

Bakı. 20 fevral. REPORT.AZ/ Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda rezidentlər üçün travmatologiya-ortopediya üzrə seminar və mühazirələr təskli davam etdirilir. 

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən xəbərə görə, növbəti mühazirə fevralın 27-də, saat 13:00-da institutun akt zalında "Bazu oynağı sınıqları, diaqnostika və müalicə üsulları" mövzusunda olacaq.

Lektor institutun kiçik elmi işçisi, Türkiyədə uzmanlıq təhsili almış həkim-travmatoloq-ortoped Fərhad Verdiyevdir.

Klinik bazaların travmatologiya-ortopediya ixtisası üzrə rezidentləri dəvət olunurlar.

Son xəbərlər

Orphus sistemi