Transplantasiya ilə bağlı Səhiyyə Nazirliyinin nəzdində Koordinasiya Mərkəzi yaradılıb

Transplantasiya ilə bağlı Səhiyyə Nazirliyinin nəzdində Koordinasiya Mərkəzi yaradılıb Azərbaycanda insan orqan və toxumalarının transplantasiyası ilə bağlı Səhiyyə Nazirliyinin nəzdində Koordinasiya Mərkəzi yaradılıb.
Sağlamlıq
10 Fevral , 2022 12:58
Transplantasiya ilə bağlı Səhiyyə Nazirliyinin nəzdində Koordinasiya Mərkəzi yaradılıb

Azərbaycanda insan orqan və toxumalarının transplantasiyası ilə bağlı Səhiyyə Nazirliyinin nəzdində Koordinasiya Mərkəzi yaradılıb.

Bunu “Report”un sualını cavablandıran səhiyyə naziri Teymur Musayev deyib.

Nazir bildirib ki, orqanların idxal və ixracı, donorların reyestri nəzərdə tutulub:

“Artıq əsasnamə də təsdiq olunub və Nazirlər Kabinetinə göndərilib, yenidən baxılıb. Mərkəzin yerləşəcəyi yer də məlumdur. Orada son hazırlıq işləri görülür. Mərkəzin nəzdində Etika komissiyası da fəaliyyət göstərəcək. Qeyd edim ki, bu məsələdə ictimai nəzarət çox güclü olacaq. Burada QHT, hüquq mühafizə, səhiyyə qurumlarının nümayəndələri olacaq. Mərkəz şəffaf şəkildə fəaliyyət göstərəcək. Hazirda 14 müəssisənin orqan köçürülməsini həyata keçirməsi üçün lisenziyası var. Amma bu müəssisələr akkreditasiyadan da keçdikdən sonra transplantasiya ilə məşğul olan mərkəzlər reyestrinə daxil olacaq".

Nazir qeyd edib ki, orqan köçürülməsinin icbari tibbi sığorta sisteminin xidmətlər zərfinə daxil edilməsi istiqamətində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində də işçi qrupu var, məsələlər müzakirə olunur:

"Ümid edirik ki, yaxın gələcək üçün orqan köçürülməsi xidmətlər zərfinə daxil ediləcək”.

Son xəbərlər

Orphus sistemi