Tibbi tullantıların idarəolunması ilə bağlı hazırlanan yeni tələblər layihəsində mümkün olan təkrar istifadə məsələsi nəzərə alınıb

Tibbi tullantıların idarəolunması ilə bağlı hazırlanan yeni tələblər layihəsində mümkün olan təkrar istifadə məsələsi nəzərə alınıb Tibbi tullantıların idarəolunması ilə bağlı hazırlanan yeni tələblər layihəsində mümkün olan təkrar istifadə məsələsi nəzərə alınıb. “Report” xəbər verir ki, bunu səhiyyə nazirinin müavini Nadir Zeynalov parlamentdə “Tibbi tullantıların idarə olunmas
Sağlamlıq
21 Dekabr , 2023 14:40
Tibbi tullantıların idarəolunması ilə bağlı hazırlanan yeni tələblər layihəsində mümkün olan təkrar istifadə məsələsi nəzərə alınıb

Tibbi tullantıların idarəolunması ilə bağlı hazırlanan yeni tələblər layihəsində mümkün olan təkrar istifadə məsələsi nəzərə alınıb.

“Report” xəbər verir ki, bunu səhiyyə nazirinin müavini Nadir Zeynalov parlamentdə “Tibbi tullantıların idarə olunması” mövzusunda keçirilən ictimai dinləmədə səsləndirilən suallara cavabında deyib.

Nazir müavinin sözlərinə görə, təhlükəli tullantıların təkrar istifadəsi üçün imkanlar məhduddur: “Yeni cihazların bəziləri tibbi tullantıları çınqıla bənzər formaya gətirir. Qalıqdan yol tikintisi binaların inşası zamanı istifadə etmək mümkdür. Tibbi tullantıların idarəolunması ilə bağlı hazırlanan yeni tələblər layihəsində mümkün olan təkrar istifadə məsələsi nəzərə alınıb”.

O bildirib ki, İşçi qrupunun keçirdiyi monitorinqlər cərimələrlə nəticələnmir: “Bu sırf monitorinqdir, yoxlama deyil. Monitorinqlər ona görə lazımdır ki, biz məlumat toplaya bilək, analiz edək”.

“Tibb tullantıların hesabatlılığı çəki ilə gedir. Bizdəki qaydalara görə tullantıların tariflərinin ölçülməsi kubladır. Burda da çətinlik yaranır. Nəzərə alaq ki, tullantının daxilində kardon olsa yüngül, bərk maddələr olsa ağır olacaq. Ona görə də bir kuba görə ödənilən 80 manat əslində neçə kq təşkil edir və xəstəxananın bu tullantılardan azad olmasına kömək etməsi sualdır. Bunun üzərində çalışırıq, İşçi qrupu da bu istiqamətdə təklif verəcək. apardığımız monitorinq və tətbiq edilən praktikada xəstəxanada tərəzilər qoyulur, tibbi tullantıların hesabatlılığı kiloqramla aparılmasına imkan verir”, - N.Zeynalov əlavə edib.

Son xəbərlər

Orphus sistemi