"Tibb işçilərinin sosial rifahının yüksəldilməsi dövlət başçısının nəzarətindədir"

"Tibb işçilərinin sosial rifahının yüksəldilməsi dövlət başçısının nəzarətindədir" "Azərbaycanda hər bir vətəndaşın səhiyyə xidmətlərinə əlçatanlığının daha da yüksəldilməsi istiqamətində mühüm addımlar atılır.
Sağlamlıq
2 May , 2022 18:02
Tibb işçilərinin sosial rifahının yüksəldilməsi dövlət başçısının nəzarətindədir

"Azərbaycanda hər bir vətəndaşın səhiyyə xidmətlərinə əlçatanlığının daha da yüksəldilməsi istiqamətində mühüm addımlar atılır. Cəmiyyətin hər bir üzvü icbari tibbi sığortanın həyata keçirilməsi ilə əlaqədar görülən vacib işlərin şahididir".

Bu fikirləri "Report"a açıqlamasında Milli Məclisin Səhiyyə komitəsi sədrinin müavini, tibb elmləri doktoru Rəşad Mahmudov deyib.

Onun sözlərinə görə, 4 il bundan əvvəl 800 milyon manat ətrafında olan Azərbaycanın səhiyyə büdcəsi bu gün 2,2 dəfə artırılaraq 1,8 milyard manata çatdırılıb: "Bu həm ÜDM-də, eləcə də ölkəmizin illik dövlət büdcəsindəki həcminə görə əvvəlki illərlə müqayisədə artmış vəziyyətdədir. Eyni zamanda büdcənin gələcəkdə beynəlxalq qurumların bizə tövsiyə etdiyi rəqəmlərə də çatdırılması ilə bağlı planlar var. Biz bu işlərin qarşıdakı illərdə əyani şəkildə şahidi olacağıq".

Milli Məclisin Səhiyyə komitəsi sədrinin müavini bildirib ki, dünyadakı problemlərə, COVID-19 pandemiyasının ölkələrin milli səhiyyə sistemlərində yaratmış olduğu sıxıntılara baxmayaraq, Azərbaycanda tibb xidməti göstərən müəssisələrin maddi-texniki bazalarının artırılması, böyük modul tipli xəstəxanaların quraşdırılması, sədəcə COVID-19-a görə deyil, istənilən ağırlaşmış xəstəliklərlə mübarizədə yüksək texnologiyalı tibbi xidmət verə bilən yataq saylarının onlarla dəfə artırılmasının şahidi olmuşuq: "Bu da aydın bir şəkildə dövlətin və hökumətin səhiyyə sahəsində aparmış olduğu islahatların bir parçasıdır. Bütün bunlarla birlikdə isə bu xidməti verən və əlçatanlığı təmin edən səhiyyə işçilərinin, həkimlərin sosial müdafiəsinin və maddi qazanclarının artırılması istiqamətində dəyişikliklər görülməkdədir. Əvvəlki illərlə müqayisədə dövlət tibb müəssisələrində işləyən tibb işçilərinin və həkimlərin maaşı dəfələrlə artırılıb".

"Biz icbari tibbi sığortanın tətbiqi ilə hər bir xidmətə görə xəstəxanalara olan ödəmələrlə birlikdə həkimlərimizin və orta tibb personalımızın maaşlarının önümüzdəki illərdə daha da artırılacağının şahidi olacağıq. Bütün tibb işçilərinin sosial rifahının yüksəldilməsi istiqamətində atılan addımlar Prezident İlham Əliyevin birbaşa nəzarətindədir. Birinci vitse-prezident Mehriban Əliyevanın hər zaman bu prosesin gedişatında ortaya qoymuş olduğu yol və dəsti-xəttə uyğun şəkildə addımlar atılır. Bunun təsirlərini həm cəmiyyətimiz, həm də səhiyyə işçilərimiz görür, hiss edir və edəcək", - deputat vurğulayıb

Son xəbərlər

Orphus sistemi