Tibb işçilərinin maaşlarına əlavənin müddəti uzadıldı

Tibb işçilərinin maaşlarına əlavənin müddəti uzadıldı Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb
Sağlamlıq
270
23 Aprel , 2021 15:59
Tibb işçilərinin maaşlarına əlavənin müddəti uzadıldı
0 : 00
0 : 00

Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin verilməsi müddəti uzadılıb.

"Report" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına əlavələrin ödənilməsinin müddəti 2021-ci il martın 31-dən iyunun 1-dək uzadılıb.

Son xəbərlər

Orphus sistemi