Tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin ödənilməsi vaxtı uzadıldı

Tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin ödənilməsi vaxtı uzadıldı Nazirlər Kabinetinin “Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Qərarında dəyişiklik edilib.
Sağlamlıq
1553
19 Avqust , 2020 16:07
Tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin ödənilməsi vaxtı uzadıldı

Nazirlər Kabinetinin “Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Qərarında dəyişiklik edilib.

“Report” xəbər verir ki, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına müddətli əlavə iş vaxtına mütənasib olaraq 2020-ci il oktyabrın 1-dək olan müddət üçün ödəniləcək.

Xatılrladaq ki, qərarda bu müddət 2020-ci il iyulun 1-dək müəyyən olunmuşdu.

Son xəbərlər

Orphus sistemi