Təyyar Eyvazov: “Qapanmalara getməmək üçün insanlar birləşməli və dövlətə dəstək olmalıdırlar”

Təyyar Eyvazov: “Qapanmalara getməmək üçün insanlar birləşməli və dövlətə dəstək olmalıdırlar” “İnsanlar arxayınlaşmamalıdır. Çünki pandemiya bitməyib və yoluxuculuğu yüksək olan deltam ştamı var. Bunu hazırda yoluxma sayının artımında müşahidə edirik”.
Sağlamlıq
11 Avqust , 2021 15:37
Təyyar Eyvazov: “Qapanmalara getməmək üçün insanlar birləşməli və dövlətə dəstək olmalıdırlar”

“İnsanlar arxayınlaşmamalıdır. Çünki pandemiya bitməyib və yoluxuculuğu yüksək olan Delta ştammı var. Bunu hazırda yoluxma sayının artımında müşahidə edirik”.

“Report” xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.

Mütəxəssis qonşu ölkə Gürcüstandakı vəziyyəti misal çəkib: “Orada gündəlik yoluxma sayı 6000-ə yaxınlaşır. Pandemik dövrdə insanlar həyat tərzini qiymətləndirməlidir, yoluxma riskinə məruz qalacaqları yerlərdən uzaq durmalıdırlar. İlk növbədə, qızıl qaydalara ciddi riayət edilməlidir.

Digər tərəfdən, vaksinasiya prosesinin kütləvi xarakter alması mütləqdir. Elə günlər olub ki, ölkədə bir gün ərzində 80 minin üzərində vaksin vurulub. Deməli, bunun üçün dövlətimizin imkanları var”.

T.Eyvazov əlavə edib ki, qapanmalara getməmək üçün insanlar birləşməli və dövlətə dəstək olmalıdırlar.

Son xəbərlər

Orphus sistemi