Səhiyyə naziri: "Qapalı məkanlarda maska taxmaq tövsiyə olunur"

Səhiyyə naziri: "Qapalı məkanlarda maska taxmaq tövsiyə olunur" Tibbi maska taxmaq barədə icbari qayda ləğv olunsa da, qapalı məkanlarda bu maskaları taxmaq məsləhətdir.
Sağlamlıq
291
26 Aprel , 2022 16:55
Səhiyyə naziri: Qapalı məkanlarda maska taxmaq tövsiyə olunur

"Tibbi maska taxmaq barədə qayda ləğv olunsa da, qapalı məkanlarda maska taxmaq tövsiyə olunur".

“Report” xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev jurnalistlərə bildirib.

“Hazırda COVID-19-la bağlı vəziyyət nəzarət altındadır. Bəli, maska rejimi ləğv olunur, amma qapalı məkanlarda yenə də maska taxmaq məsləhətdir. İndi vəziyyət sabitdir. Amma payıza qədər diqqətli olmaq lazımdır, çünki temperatur aşağı düşəcək və yeni ştamlar yarana bilər” - deyə nazir qeyd edib.

Xatırladaq ki, mayın 1-dən ölkədə tibbi maska taxmaq tələbi ləğv olunur.

Son xəbərlər

Orphus sistemi