Koronavirusun AY.4.2 növünün yayılmasının səbəbini daha dəqiq öyrənmək üçün tədqiqatlar davam edir.
Bunu “Report”a Dünya Səhiyyə Təşkilatının sözçüsü Tariq Yasareviç bildirib.
Təşkilat rəsmisi AY.4.2 növünün son vaxtlar Böyük Britaniyada yayılmış A222V və Y145H mutasiyalarının da öyrənildiyini qeyd edib.
Məlumata görə, AY.4.2 növü daha yoluxucudur, yəni xəstə birdən-birə 9 nəfəri yoluxdura bilir. Həmçinin xəstədə koronavirusa xas əlamətlər daha tez üzə çıxır.