TƏBİB: "Tibb müəssisələrinə 54 milyon manatdan çox məbləğdə avadanlıqlar alınıb"

TƏBİB: "Tibb müəssisələrinə 54 milyon manatdan çox məbləğdə avadanlıqlar alınıb" Tibb müəssisələrinə 54 milyon manatdan çox məbləğdə avadanlıqlar alınıb.
Sağlamlıq
20 Dekabr , 2023 11:38
TƏBİB: Tibb müəssisələrinə 54 milyon manatdan çox məbləğdə avadanlıqlar alınıb

Tibb müəssisələrinə 54 milyon manatdan çox məbləğdə avadanlıqlar alınıb.

"Report" xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov qurumun 5 illik fəaliyyətinə həsr olunan hesabat tədbirində çıxışı zamanı deyib.

O bildirib ki, instrumental müayinələrin aparılması, mürəkkəb cərrahi prosedurların icrası üçün 2022-2023-cü illər ərzində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrinə 54 milyon manatdan çox məbləğdə avadanlıqlar alıb.

Hazırda TƏBİB-in tabeliyində ümumilikdə 3 min 46 tibb müəssisəsinin fəaliyyət göstərdiyini, onlardan da 2 834-nün ilkin səhiyyə xidməti, 202-nin ixtisaslı, 10-nun isə respublika təyinatlı tibb müəssisələri olduğunu qeyd edən V.Qurbanov, həyata keçirilən “Tibb müəssisələrinin laboratoriyalarının standartlaşdırılması” layihəsi çərçivəsində TƏBİB-in tabeliyində fəaliyyət göstərən 78 tibb müəssisəsinin laboratoriyalarının tamamilə yeniləndiyini deyib.

Son xəbərlər

Orphus sistemi