TƏBİB ötən gün sosial şəbəkələrdə koronavirusdan dünyasını dəyişən Azərbaycan Televiziyasının əməkdaşı Samir Nemətzadənin səs yazısı ilə bağlı məsələyə münasibət bildirib.
TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva “Report”a açıqlamasında qeyd edib ki, S.Nemətzadə özəl klinikalardan birində müayinə olunduqdan sonra ağır vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Onun sözlərinə görə, daxil olarkən pasiyentin diaqnozu kəskin respirator xəstəlik, ağır gedişli, ikitərəfli total pnevmoniya (“buzlu şüşə”), anemiya, splenomeqaliya, kəskin ağciyər ürək çatışmazlığı olub: "Xəstəxanaya daxil olarkən reanimasiyaya yerləşdirilən S.Nemətzadə süni tənəffüs cihazına qoşulub, lakin göstərilən səylərə baxmayaraq, 40 dəqiqə sonra bioloji ölüm baş verib".
TƏBİB rəsmisi əlavə edib ki, pasiyent reanimasiya şöbəsinə yerləşdirildiyindən həmin şöbədə su və sanitar qovşağın mövcud olmaması reanimasiya şöbəsinin şərtlərinə uyğundur.