Baş həkim: "Oktay Gülalıyevə baxan tibb işçilərinə maaş verilməməsi həqiqəti əks etdirmir"

Baş həkim: "Oktay Gülalıyevə baxan tibb işçilərinə maaş verilməməsi həqiqəti əks etdirmir" Tibb bacılarına dövlət tərəfindən tənzimlənmiş əmək haqları hər ay ödənilir
Sağlamlıq
260
27 Aprel , 2021 13:19
Baş həkim: Oktay Gülalıyevə baxan tibb işçilərinə maaş verilməməsi həqiqəti əks etdirmir
Oqtay Gülalıyev

Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu hüquq müdafiəçisi Oktay Gülalıyevin ev şəraitində müalicəsinin təşkili üçün təhkim olunan tibb işçilərinə 3 aydır maaş verilməməsi ilə bağlı iddialara münasibət bildirib.

İnstitutun baş həkimi Nizami Nəbiyev "Report"un sorğusuna cavab olaraq deyib ki, O.Gülalıyevin müalicəsi üçün 3 tibb bacısı və 3 kiçik tibb bacısı təhkim olunub.

"Həmin tibb bacılarına 3 aydır ki, maaş verilməməsi barədə məlumat həqiqəti əks etdirmir. Tibb bacılarına dövlət tərəfindən tənzimlənmiş əmək haqları hər ay ödənilir. Oktay Gülalıyevin normal həyata geri dönə bilməsi və ayağa qalxması üçün həkimlərimiz əlindən gələni edir", - o vurğulayıb.

Qeyd edək ki, hüquq müdafiəçisinin oğlu Təbriz Gülalıyev feysbuk sosial şəbəkəsində atasına baxan tibb işçilərinə üç aydır maaşlarının verilməməsini və bu səbəbdən müalicənin dayandırılması ilə bağlı paylaşım etmişdi.

Son xəbərlər

Orphus sistemi