TƏBİB-in İdarə Heyəti yanında “COVID-19 virus infeksiyası ilə bağlı preventiv tədbirlərin və yeniliklərin öyrənilməsi ilə bağlı Tibbi-Elmi Komitə”nin növbəti iclası keçirilib.
TƏBİB-dən "Report"a bildirilib ki, onlayn formatda keçirilən iclasda TƏBİB-in İdarə heyətinin sədri Ramin Bayramlı, TƏBİB-in Tibbi xidmətlər departamentinin müdiri Firəngiz Əliyeva, Komitənin sədri, ATU-nun Tibbi mikrobiologiya və immunologiya kafedrasının professoru, t.e.d. Akif Qurbanov və üzvlər iştirak edib.
İclasda koronavirus pandemiyası ilə bağlı ölkəmizdəki vəziyyət, “COVID-19 virusuna qarşı endogen müdafiə resurslarına əsaslanan müalicə üsulunun işlənilməsi” adlı qrant layihəsi, COVID-19 pnevmoniyasının patogenetik müalicəsinə yeni yanaşmalar, COVID-19 pnevmoniyasının müalicəsində asetilsisteinin tətbiqi və s. mövzularda müzakirələr aparılıb.
Sonda Azərbaycanda COVID-19 vaksinin tətbiqi strategiyası haqqında Tibbi-Elmi Komitənin təklifləri dinlənilib.
Qeyd edək ki, Komitə TƏBİB-in İdarə Heyəti sədrinin müvafiq əmri ilə COVID-19 virus infeksiyası ilə bağlı preventiv tədbirlərin və yeniliklərin öyrənilməsi məqsədilə yaradılıb.
Komitənin üzvləri aşağıdakılardır:
- Həqiqət Qədirova - Elmi Tədqiqat Agciyər Xəstəliklər İnstitutunun direktoru, Tibb Elmləri Doktoru, Professor
- Azər Kərimov - Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Elmi işlər üzrə direktor müavini, Tibb Elmləri Doktoru, Professor
- Nailə Rəhimova - K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun Elmi işlər üzrə direktor müavini, Tibb Elmləri Doktoru
- Yavər Şıxəliyev - 1 saylı Vərəm Dispanserinin baş həkimi, Tibb Elmləri Doktoru, Professor
- Emil İskəndərov - M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin baş elmi işçisi, Tibb Elmləri Doktoru
- Arif Mehdiyev - AMEA-nın akademik A.Qarayev adına Fizologiya institutunun AMEA-nın akademik A.Qarayev adına Fizologiya institutunun "İnteqrativ fəaliyyətinin molekulyar əsasları"laboratoriyasının rəhbəri, Biologiya Elmləri Doktoru
- Yaqut Qarayeva - "Tibbi Ərəzi Bölmələrini İdarəetmə Birliyi"nin Tibbi statistika və etika şöbəsinin müdiri, Tibb üzrə Fəlsəfə Doktoru
- Təranə Cavadova - Elmi Tədqiqat Kardiologiya İnstitutunun elmi katibi, Tibb üzrə Fəlsəfə Doktoru
- Aynurə İsmayılova - Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun elmi katibi, Tibb üzrə Fəlsəfə Doktoru
- Səadət Hüseynova - Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun Elmi işlər üzrə direktor müavini (kiçik elmi işçi), Tibb üzrə Fəlsəfə Doktoru
- Lalə Rüstəmova - V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun Virusologiya laboratoriyasının müdiri, Tibb üzrə Fəlsəfə Doktoru, dosent
- Valeh Hüseynov - Milli Hematologiya və Transfuziologiya Mərkəzinin icraçı direktoru, Tibb üzrə Fəlsəfə Doktoru
- Qumral Ələkbərova - Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Transfuziologiya üzrə direktor müavini, Tibb üzrə Fəlsəfə Doktoru
- Fərrux Sədirov – TƏBİB-in cənub bölgəsinin koordinatoru, Həkim infeksionist
- Vasif Əliyev - Müstəqil Ekspert, İnfeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri, Həkim infeksionist