Bu gün güclü külək səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 5 müraciət qeydə alınıb.
"Report" xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, hər dörd ünvana təcili tibbi yardım briqadası cəlb olunub:
"Külək nəticəsində müxtəlif səbəblərdən xəsarət alanlardan 3 nəfər kişi, 2 nəfər isə qadın olub. Onlardan 2 nəfər (1 qadın, 1 kişi olmaqla) ixtisaslaşmış tibb müəssisəsinə hospitalizasiya olunub. 3 nəfərə (1 qadın, 2 kişi olmaqla) isə təcili yardım briqadaları tərəfindən yerində yardım göstərilib".
Güclü külək nəticəsində 4 nəfər xəsarət alıb.
Bu barədə "Report"un sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə üç ünvan üzrə 4 müraciət qeydə alınıb. Onların hər birinə təcili tibbi yardım briqadası cəlb olunub. Külək nəticəsində müxtəlif səbəblərdən xəsarət alanlardan 2-si kişi, 2-si isə qadın olub. Onlardan 2-si (1 qadın, 1 kişi) ixtisaslaşmış tibb müəssisəsinə hospitalizasiya olunub. İki nəfərə (1 qadın, 1 kişi) isə təcili yardım briqadaları tərəfindən yerində yardım göstərilib.