TƏBİB: Yoluxmaların 52,9 %-i Bakının payına düşür

TƏBİB: Yoluxmaların 52,9 %-i Bakının payına düşür "Mövcud cədvələ baxanda bunu aydın görmək olar"
Sağlamlıq
19 Mart , 2021 16:10
TƏBİB: Yoluxmaların 52,9 %-i Bakının payına düşür
0 : 00
0 : 00

"Bu gün sağalanların sayı öncəki günlərdə yoluxanların sayı ilə çox əlaqəlidir".

“Report” xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın bugünkü brifinqində çıxışı zamanı deyib.

TƏBİB rəsmisi qeyd edib ki, son günlər aparılan test yoxlamaları zamanı çoxlu sayda yoluxma halı aşkarlanıb: “Dekabrın sonlarında sərt karantinə keçəndən sonra yoluxanların sayı azalmışdı. Yanvarın ortalarında yumşalma tədbirlərindən sonra artım gözlənilən idi. Baxmayaraq ki, bu zaman dalğa sözünü istifadə etməkdən çəkinirik. Lakin mövcud cədvələ baxanda bunu aydın görmək olar. Bakı şəhərində yoluxma daha çoxdur. Bu rəqəm 52,9 % təşkil edir”.

Son xəbərlər

Orphus sistemi