TƏBİB: Koronavirus xəstələri əvvəlkindən gec sağalır

TƏBİB: Koronavirus xəstələri əvvəlkindən gec sağalır “Gedişata görə dəyişə bilən ssenarilərimiz mövcuddur və bu barədə ictimaiyyəti mütəmadi məlumatlandırırıq”.
Sağlamlıq
1377
18 İyun , 2020 18:57
TƏBİB: Koronavirus xəstələri əvvəlkindən gec sağalır

“Gedişata görə dəyişə bilən ssenarilərimiz mövcuddur və bu barədə ictimaiyyəti mütəmadi məlumatlandırırıq”.

“Report” xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

O bildirib ki, əvvəldən baş verənlər daha uzunmüddətli məhdudiyyətlərin tətbiqinə hazırlıq proseslərini sürətləndirirdi: “Çarpayı fondu kifayət qədər var idi. Adətən xəstəxanaların çarpayı fondunun 15%-i reanimasiya şöbəsi üçün nəzərdə tutulurdu. Xəstələrin böyük hissəsinin oksigenə ehtiyacı yaranıb. Xəstəxanaların oksigen sistemi bu qədər sayda xəstəyə hesablanmayıb. Ölkəyə xeyli miqdarda oksigen generatorları gətirilib”.

R.Bayramlı qeyd edib ki, tibb müəssisələrinin koronavirusla əlaqəli xəstələr üçün hazırlanması istiqamətində ciddi işlər görülüb: “5 000-ə yaxın aktiv xəstə var və sağalma müddətində uzanma baş verir. 7 günə neqativləşmə baş verirdisə, artıq sağalma müddəti uzanır”.  

Son xəbərlər

Orphus sistemi