“Yaşından asılı olmayaraq hər kəs bu xəstəliyin fəsadlarını hiss etməlidir. Elə ailələr var ki, böyüklərdə test nəticəsi neqativ çıxsa da, uşaqlarda pozitiv çıxır. Ona görə də uşaqların həyətdə oynadığı zaman gigiyena qaydalarına əməl edilməsi vacibdir”.
“Report” xəbər verir ki, bu fikirləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.
“Parklar bu gün açıqdır və başa düşürük ki, yay aylarında təmiz havaya ehtiyac olur. Amma xahiş edirəm ki, qoyulan tələblərə ciddi əməl edin. Qaydaları pozmağa çalışaraq yoluxmanın sayının azalmasını gözləyə bilmərik. Sosial ünsiyyəti kəsməyərək fiziki məsafələri saxlayaq”, - deyə TƏBİB rəsmisi qeyd edib.