TƏBİB rəhbəri: Deməzdim ki, koronavirusa inanmayanların sayı əksəriyyət təşkil edir

TƏBİB rəhbəri: Deməzdim ki, koronavirusa inanmayanların sayı əksəriyyət təşkil edir “Mən deməzdim ki, koronavirusa inanmayanların sayı əksəriyyət təşkil edir. İnsanlar kifayət qədər təhsillidir və vəziyyəti təhlil edə bilir”.
Sağlamlıq
9 İyun , 2020 19:49
TƏBİB rəhbəri: Deməzdim ki, koronavirusa inanmayanların sayı əksəriyyət təşkil edir

“Mən deməzdim ki, koronavirusa inanmayanların sayı əksəriyyət təşkil edir. İnsanlar kifayət qədər təhsillidir və vəziyyəti təhlil edə bilir”.

“Report” xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

“İnanmayanları medianın köməyi ilə inandırmağa çalışırıq. İnanmamaqla virusun qalib gəlməyinə şərait yarada bilərik. Ona görə də hamı birlikdə mübarizə aparmalıdır”, - o əlavə edib.

Son xəbərlər

Orphus sistemi