TƏBİB: Dezinfeksiya işləri ancaq mütəxəssislər tərəfindən icra olunmalıdır

TƏBİB: Dezinfeksiya işləri ancaq mütəxəssislər tərəfindən icra olunmalıdır Sərhəd keçid məntəqələrində məhdudiyyət müddətinin uzadılması ilə bağlı dəqiq nəsə demək mümkün deyil. Bu, vəziyyətin gedişatından asılıdır.
Sağlamlıq
5 Mart , 2020 12:47
TƏBİB: Dezinfeksiya işləri ancaq mütəxəssislər tərəfindən icra olunmalıdır

"Sərhəd keçid məntəqələrində məhdudiyyət müddətinin uzadılması ilə bağlı dəqiq nəsə demək mümkün deyil. Bu, vəziyyətin gedişatından asılıdır".

"Report" xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın üzvü, TƏBİB-in Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva deyib.

O bildirib ki, ölkə üzrə öz təşəbbüsü ilə koronavirus şübhəsi ilə həkimə müraciət edənlər az saydadır:

"Paytaxt sakinlərindən müraciət edənlər isə daha çox mövsümi xəstəliklər görə həkim nəzarətindədirlər. Karantində saxlanılan 500-ə qədər şəxslərin çoxluğu cənub hissəsinə düşür ki, onlar da İrandan gələnlərdir".

Şöbə müdiri əlavə edib ki, koronavirus üçün testlərin başqa tibb müəssisələrində aparılması qadağandır:

"Eyni zamanda dövlət müəssisələrində aparılan dezinfeksiya işləri ancaq mütəxəssislər tərəfindən icra olunmalıdır".

Son xəbərlər

Orphus sistemi