TƏBİB süni tənəffüs cihazına qoşulanların sayını açıqladı - STATİSTİKA

TƏBİB süni tənəffüs cihazına qoşulanların sayını açıqladı - STATİSTİKA
Səhiyyə
1726
30 İyun , 2020 23:36
TƏBİB süni tənəffüs cihazına qoşulanların sayını açıqladı - STATİSTİKA

Bu gün Azərbaycanda koronavirusla bağlı 6 645 test aparılıb.

Bu barədə "Report" Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) istinadən xəbər verir.

Bildirilir ki, ölkədə COVID-19-la bağlı aparılan testlərin sayı 482 170-ə çatıb. 

Hazırda xəstəxanaların reanimasiya şöbələrində 182 nəfər müalicə edilir. Süni tənəffüs cihazında olan xəstələrin sayı 37 nəfərdir.

Qeyd edək ki, Azərbaycanda 556 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 346 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb, daha 7 nəfər ölüb.