Kliniki Tibbi Mərkəzdə yeni kadr təyinatı olub.
Mərkzədən "Report"a verilən məlumata görə, tibb üzrə fəlsəfə doktoru, uzman-neyrocərrah Fərid Qaralov tibb müəssisəsinin Neyrocərrahiyyə şöbəsinin müdiri təyin olunub.
Qeyd edək ki, Qaralov Fərid Əziz oğlu 1982-ci il martın 12-də Bakı şəhərində anadan olub. 1989-1999-cu illərdə orta təhsilini Bakı şəhəri, Suraxanı rayonu 275 saylı orta məktəbdə alıb. 1999-2005-ci illərdə Azərbaycan Tibb Universitetinin (ATU) “Müalicə işi” fakültəsində təhsil alıb. 2006-2012-ci illərdə təhsilini Türkiyənin EGE Universitetində Neyrocərrahiyyə ixtisası üzrə davam etdirib. 2012-ci ildən etibarən ATU-nun Neyrocərrahiyyə kafedrasının assistenti, daha sonra ATU Tədris Cərrahiyyə Klinikasında Neyrocərrahiyyə şöbəsinin müdiri, uzman-neyrocərrah kimi fəaliyyət göstərib.
F.Qaralov bir çox beynəlxalq, yerli neyrocərrahi konfrans və kurslarda iştirak edib.
![](https://static.report.az/photo/8f02bf48-e11d-3f49-85de-f105d8521a67.jpg)