Sumqayıtda un məmulatları müəssisəsində istehlaka yararsız məhsullar aşkarlanıb

Sumqayıtda un məmulatları müəssisəsində istehlaka yararsız məhsullar aşkarlanıb Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Sumqayıt şəhəri, C.Cabbarlı küçəsi 91 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Mamedov Nugzariyə məxsus “İstanbul” un məmulatları müəssisəsində plandankənar yoxlama keçirib.
Sağlamlıq
19 Avqust , 2024 14:21
Sumqayıtda un məmulatları müəssisəsində istehlaka yararsız məhsullar aşkarlanıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Sumqayıt şəhəri, C.Cabbarlı küçəsi 91 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Mamedov Nugzariyə məxsus “İstanbul” un məmulatları müəssisəsində plandankənar yoxlama keçirib.

Bu barədə "Report"a AQTA-dan məlumat verilib.

Baxış zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların bir sıra tələblərinin pozulduğu, işçi heyətin tibbi müayinədən keçmədiyi, sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı, həmçinin istehsal sahəsində xammal məhsullarının markalanmasının qanunvericiliyin tələblərinə cavab vermədiyi və istifadə müddəti bitmiş məhsullar aşkarlanıb.

Faktla bağlı müəssisə rəhbəri barəsində inzibati qərar qəbul edilib və müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.

Son xəbərlər

Orphus sistemi